TOP 10

Rəşad Sadiqov karyerasını bitirdi: "İstədiklərimin hamısını reallaşdıra bildim"

Futbol
Tarix: 2020-06-25 15:06

"Keşlə"nin yarımmüdafiəçisi Rəşad Sadiqov karyerasını başa vurub. Sport24.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu özü məlumat verib.

 

Azərbaycan millisinin sabiq üzvü artıq futboldan getməyin vaxtının gəldiyini söyləyib: "Əslində ötən il gedəcəkdim. Sadəcə, müdafiə xəttində zədəlilər çox olduğuna görə davam etməli oldum. Ancaq düşünürəm ki, artıq kifayətdir. Bundan sonra "Keşlə"də köməkçi-məşqçi kimi fəaliyyətimi davam etdirəcəyəm".

 

Sadiqov 22 illik peşəkar karyerasından məmnun qaldığını söyləyib: "Düşünürəm ki, pis karyeram olmadı. Çempion oldum, ölkə kubokunu qazandım, Avropa Liqasının qrupunda iştirak etdim. İstədiklərimin hamısını reallaşdıra bildim".

 

Qeyd edək ki, Sadiqov karyerası ərzində "Bakı fəhləsi", "Şəfa", "Neftçi", MOİK, "Qarabağ", "Xəzər Lənkəran", "Qəbələ" və "Keşlə"nin formasını geyinib (apasport.az).
 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB