TOP 10

Millidə komanda yoldaşları "Qarabağ"da da birgə çıxış edəcəklər? Beşqat çempion üçün seçim anı

Futbol
Tarix: 2020-06-24 18:24

Azərbaycan millisinin qapıçısı Emil Balayevi inadla "Qarabağ"a aparırlar. Bu, həqiqətən baş verəcək, ya yox, bunu yaxın gələcəkdə biləcəyik. Ancaq Balayevin Azərbaycan çempionunun düşərgəsində olması məqsədəuyğundurmu?

 

Ondan başlayaq ki, böyük futbol ölkəsi deyilik. Daha doğrusu, ümumiyyətlə futbol ölkəsi deyilik. Ölkəni harda ki, "Qalatasaray"ı, "Barselona"nı, "Yuventus"u milli komandalarından üstün qoyurlar, futbol ölkəsi adlandırmaq günahdı! Ulduzlarımız yoxdu, Azərbaycandan kənarda oynayan milliləşdirilən futbolçularımız yoxdu, nəticələrimiz yoxdu. Premyer Liqada cəmi 8 klubumuz var. Məhz bu "8-lik"dən Azərbaycan milli komandası yaradılır. Bəli, Dadaşov qardaşları, Dmitri Nazarov var, amma bunlar yetirmələrimiz deyillər.

 

Balayevə və "Qarabağ"a qayıdaq. İstənilən komandada qapıçı mövqeyi birdi. Ölkənin əsas yığmasına əmi 3 namizəd var - Emil Balayev, Səlahət Ağayev, Şahrudin Məhəmmədəliyev. 16 və ya 18 klubumuz yoxdu, nisbətən yaxşı oyunçularla bağlı məhdud seçimimiz var. Belə vəziyyətdə millinin oyunçusu əsas komandada olmaq üçün özünü ora-bura vurmalıdı. Şahrudin beşqat Azərbaycan çempionudu. Bütün bu 5 il ərzində kölgədə qaldı, yalnız bəzən əsas heyətdə meydana çıxırdı. Və hətta skamyada oturaraq ölkənin "1 nömrə"li komandasına dəvət almağı bacardı.

 

Yeri gəlmişkən, belə bir tempdə Məhəmmədəliyev ölkənin 11 qat çempionu olan Mahmud Qurbanovun rekordunu qıra bilər. Axı, Dağıstanın yetirməsi cəmi 26 yaşdadı. Qapıçı üçün bu, yaş deyil. Ancaq bu, gənclik də deyil. Şahrudin ehtiyatda oturmaq, yaxşı məbləğdə maaşını almaq və mövsüm ərzində 5-6 matça çıxmaq istəyirsə, onda bu materialı burda tamamlanmış hesab etmək olar. Ancaq belə düşünmürük, ən azı ümid edirik ki, Şahrudin "yanğınsöndürən" rolu ilə razılaşmır.

 

Medalın başqa bir tərəfi var. "Qarabağ"ın qapısını kimin qoruyacağından asılı olmayaraq, millinin namizədlərindən biri ehtiyatda qalacaq. Və bu, yetərincə xoşagəlməz bir məqamdı. Bir klubda bir mövqe üçün milliyə iki namizəd - bu, çox yaxşı deyil. Söhbət Azərbaycan millisindən gedirsə, hansında ki, nisbətən normal futbolçuların sayı barmaqla sayılası qədərdi, bu, çox pisdi.

 

Emil "köhlən atlar"ın düşərgəsinə gedirsə, Şahrudin öz gələcəyini düşünməlidi. Hadisələrin belə axarı nə Məhəmmədəliyevə, nə Balayevə, nə də milli komandayə sərf edir. 
 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB