TOP 10

"O, istədiyim zaman "Neftçi"yə qayıda bilər, ancaq istəmirəm ki, gəlib burda ehtiyatda otursun, inkişafından geri qalsın"

Futbol
Tarix: 2020-06-24 11:50

"Fəhminin gələcək taleyi bir baş məşqçi olaraq məndən asılıdı. İstədiyim zamanı geri qayıda bilər. Hal-hazırda planda belə bir şey yoxdu. Ancaq gələcəkdə hər şey ola bilər. O, "Neftçi"nin futbolçusudu, akademiyasının yetirməsidi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov bildirib.

 

"Ağ-qaralar"ın yetirməsi olan, onun heyətində yetərincə çıxış edən Fəhmin Muradbəyli 2017-ci ildən - "Səbail" Premyer Liqada çıxış etdiyi vaxtdan onda icarə əsasında çıxış edir. Nəticədə 24 yaşlı sağ cinah yarımmüdafiəçi bu klubun tarixində ən çox oyun keçirən futbolçudu. Məmmədov Muradbəylinin "Neftçi"yə qayıdıb ehtiyatda qalmaqdansa, icarədə çıxışını davam etdirməsini daha məqsədəuyğun sayır: "Fəhmin bacarıqlı futbolçudu, istəmirəm ki, gəlib burda ehtiyatda otursun. Buna görə onu icarəyə veririk ki, orda oynayıb inkişaf eləsin, vəssalam. Budur Muradbəyliylə bağlı hazırkı vəziyyət. İstəmirik ki, o, bir futbolçu kimi inkişafından geri qalsın. "Neftçi"yə yenidən gəldiyi zamanı ehtiyatda yer almaqla bununla üzləşə bilər. Bu üzdən hal-hazırda onu "Səbail"ən gətirmək istəmirik. Fəhmin bu komandada demək olar bütün matçları əsas heyətdə oynayıb. Bizə qayıdarsa isə hazırkı yaxşı formasını itirə bilər". 

 

Xatırladaq ki, Muradbəyli "Səbail" keçən mövsüm Premyer Liqada ilk medalı - bürünc mükafatı qazananda heyətində olub. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB