TOP 10

Azərbaycanda futbol mövsümünün taleyi ilə bağlı qərar verildi

Futbol
Tarix: 2020-06-18 12:17

Azərbaycan Premyer Liqası və ölkə Kubokunun cari mövsümünün taleyinə aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, hər iki turnirin vaxtından əvvəl başa çatdırılmasına qərar verilib.

 

Bununla bağlı bu gün AFFA İcraiyyə Komitəsinin onlayn formatda keçirilən və az öncə başa çatan videokonfransında qərar qəbul olunub. 

 

Bununla da ölkəmizin avrokubokların 2020/21 mövsümündə təmsilçiləri müəyyənləşib. Belə ki, "Qarabağ"ın 1-ci yerin sahibi kimi ölkəmizi Çempionlar Liqasında, sonrakı 3 pilləni sahibi olan "Neftçi", "Keşlə" və "Sumqayıt" Avropa Liqasında təmsil edəcək. Sonuncular ümumiyyətlə, avrokubokların debütantı olacaq. 

CBCsport
12 Iyul 2020
11 Iyul 2020
B.eÇ.aÇC.aCŞB