TOP 10

"Ulduzların savaşı": Səfər şedevri

Futbol
Tarix: 2020-06-06 23:30

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyi ilə keçirilən "Ulduzların savaşı" yarışmasının XII turun sonuncu cütlüyü Aslan Kərimov və Cahangir Həsənzadədən ibarət olub.
 

 

 

ASLAN KƏRİMOV - CAHANGİR HƏSƏNZADƏ

 

1. Azərbaycan millisinin baş məşqçisi olan mütəxəssislər arasında futbolçu karyerasını ən gənc kim başa vurub?

 

2. Milli komandamızın Azərbaycanda keçirdiyi bütün rəsmi oyunlardan yalnız biri paytaxtdan kənarda keçirildi. Həmin görüşün nəticəsi necə olub?

 

3. Aslan Kərimov Azərbaycan gənclər komandasının rəsmi oyunlarda vurduğu ilk qolun müəllifidir. Bu qolu hansı komandaya vurub? Qeyd edək ki, bu, gənclər komandasının ilk rəsmi oyunu idi.

 

 

 

Aslan Kərimov (AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru): 

 

1. Millimizə rəhbərlik edən bütün mütəxəssisləri xatırlayaraq, Qyoko Hacıyevski və Nikola Yurçeviç arasında seçim edəcəm. Son qərarım - Nikola Yurçeviç.

 

2. Bu oyun Lənkəranda keçirildi. Onda yığmamız Finlandiyanı qəbul etdi. Son qərarım - 0:2.

 

3. Bu, mənim üçün asan sualdı. Həmin oyunda məğlub olduq, amma “Vaqif Sadıqovun künc zərbəsindən” sonra fərqlənə bildim. Son qərarım - Rumıniya

 

 

Cahangir Həsənzadə (AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri): 

 

1. Düşünürəm ki, ya Hacıyevski, ya da Ağasəlim Mircavadov. Yerli mütəxəssisə meyllənirəm. Son qərarım - Ağasəlim Mircavadov.

 

2. Bu matç Lənkəranda baş tutdu. Deməli, azarkeş dəstəyi möhtəşəm oldu. Bu cür dəstəklə komandamızın qol vurması olduqca mümkündür. Son qərarım - 1:2.

 

- Çox çətin bir sualdı. Qoy, fikirləşim...Bəli-bəli, xatırladım. Son qərarım - Rumıniya.

 

 

Ah, Həsənzadə, ah, sənə afərin! Bütün sualların öhdəsindən mükəmməl gələrək 3:1 hesabı ilə qalib gəldi. Qələbə səfərdə və maksimal düzgün cavab sayı ilə əldə edildiyi üçün aktivinə 4 xal yazdı.


 

 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB