TOP 10

"Ulduzların savaşı": Fin büdrəməsi

Futbol
Tarix: 2020-06-06 23:15

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyi ilə keçirilən "Ulduzların savaşı" viktorinasının XII turunun üçüncü cütlüyü Samir Əliyev və Şahin Diniyevdən ibarət olub.

 

 

SAMİR ƏLİYEV - ŞAHİN DİNİYEV

 

1. Azərbaycan millisinin baş məşqçisi olan mütəxəssislər arasında futbolçu karyerasını ən gənc kim başa vurub?

 

2. Milli komandamızın Azərbaycanda keçirdiyi bütün rəsmi oyunlardan yalnız biri paytaxtdan kənarda keçirildi. Həmin görüşün nəticəsi necə olub?

 

3. Samir Əliyev Avropa yarışlarında son qolunu hansı komandanın qapısına vurub?

 

 

 

SAMIR ƏLİYEV (Azərbaycanın U-19 yığmasının baş məşqçisi): 

 

1. Komandaya rəhbərlik edən yerli mütəxəssislərdən demək olar ki, hamını oyunçu kimi gördüm. Ələkbər Məmmədov və Ağasəlim Mircavadovu görmədim. Son qərarım - Ağasəlim Mircavadov.

 

2. Bu, Lənkəranda keçirilən Azərbaycan - Finlandiya matçıdır. Dəqiq xatırlamıram, ya 0:1, ya da 1:2 məğlub olduq. Həmin oyunda qol vurmamağımıza görə meyllənirəm. Son qərarım - 0:1.

 

2. Həmin görüşdə səfərdə 1:3 hesabı ilə məğlub olduq. Son qərarım - Avstriya "Rid"idi.

 

 

 

ŞAHIN DİNİYEV (AFFA Məşqçilər Komitəsinin üzvü): 

 

1. İki versiyam var - Əhməd Ələsgərov və Ağasəlim Mircavadov. Yenə də Mircavadova üstünlük verəcəyəm. Son qərarım - Ağasəlim Mircavadov.

 

2. Bu oyun Lənkəranda keçirildi. Millimiz Finlandiyaya məğlub oldu. Son qərarım - 1:2.

 

3. Ümumilikdə Samir 2 qol vurdu. İlk qolu Moldova "Nistru"nun qapısından "Xəzər Lənkəran"ın heyətində keçirib. İkinci qoluna gəlincə, onu Avstriya klubuna vurub. Son qərarım - "Rid".

 

Lider zirvədə qaldı. Şahin Diniyev Samir Əliyevin karyerası ilə əlaqəli suallara düzgün cavab verərək hər üç sualın öhdəsindən əla gəldi. Milli komandanın sabiq forvardına gəlincə, o, ikinci sualda Azərbaycan - Finlandiya görüşünün dəqiq nəticəsini tapmaqda səhv etdi. Beləliklə, Şahin Diniev ən yaxın rəqibi üzərində çox vacib bir qələbə qazanaraq lider mövqeyini möhkəmləndirib. Səfərdə 3:2 hesablı liderə super qələbə və 4 xal gətirdi.
 

 

 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB