TOP 10

Levandovskidən yeni rekord

Dünya Futbolu
Tarix: 2020-06-07 09:30

“Bavariya” Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində səfərdə “Bayer”i 4:2 hesabıyla məğlub edib. Sport24.az xəbər verir ki, sözügedən qarşılaşma Münhen təmsilçisinin hücumçusu Robert Levandovski üçün əlamətdar olub.
 

Belə ki, matçın 66-cı dəqiqəsində rəqib qapısına yol tapan Polşa yığmasının forvardı bu mövsüm vurduğu qolların sayını 44-ə çatdırmaqla karyerasının yeni rekorduna imza atıb.


Xatırladaq ki, 31 yaşlı hücumçunun əvvəlki rekordu 2016/17 mövsümünə təsadüf edir. O, həmin mövsümdə rəqib qapılarına 43 dəfə yol tapmışdı.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB