TOP 10

"Ulduzların savaşı": Favorit qələbə çaldı

Futbol
Tarix: 2020-06-06 22:45

Sport24.az, Football24.az və "İdman TV"nin birgə layihəsi olan, AFFA-nın dəstəyilə keçirilən "Ulduzların savaşı" bilik yarışmasının vaxtı bizi yavaş-yavaş finişə doğru aparır. On ikinci turun ilk cütünü Arif Əsədov - Ramiz Məmmədov təşkil edib. 

 

 

ARİF ƏSƏDOV - RAMİZ MƏMMƏDOV

 

1. Azərbaycan millisinin baş məşqçisi olan mütəxəssislər arasında futbolçu karyerasını ən gənc kim başa vurub?

 

2. Milli komandamızın Azərbaycanda keçirdiyi bütün rəsmi oyunlardan yalnız biri paytaxtdan kənarda keçirildi. Həmin görüşün nəticəsi necə olub?

 

3. Arif Əsədov millidə karyerasını hansı yığma komanda ilə matçda başa vurub? Millimiz bu rəqiblə 8 dəfə qarşılaşıb və yalnız bir dəfə 1:1 hesablı heç-heçə edərək qalanlarında uduzub. Bu, milli komandamızın rəsmi oyunlarda ən çox qarşılaşdığı üç rəqibdən biridir.
 

 

 

ARİF ƏSƏDOV (Azərbaycan milli komandasının məşqçisi): 

 

1. Yalnız bir versiyam var. Hətta gənc yaşlarımda karyerasını erkən yaşda başa vurduğunu eşitmişdim. Son qərarım - Ağasəlim Mircavadov.

 

2. Səhv etmirəmsə, bu matç İsrailə qarşı idi. Son qərarım - 0:2.

 

3. Elə bu gün bu barədə düşündüm. Bu 0:2 məğlub olduğumuz Uels komandasına qarşı ev oyunu  idi. Son qərarım - Uels.

 

 

Ramiz Məmmədov ("Keşlə"nin Futbol Akademiyasının koordinatoru): 

 

1. Yadımda deyil. Son qərarım - yoxdu.

 

2. Cavab verməkdə çətinlik çəkirəm. Heç bir versiyam yoxdu. Son qərarım - yoxdu.

 

3. Təəssüf ki, bilmirəm. Son qərarım - yoxdu.

 

 

Ramiz Məmmədov heç bir sualın öhdəsindən gəlmədi. Arif Əsədova gəlincə, millimizin 1:2 hesabı ilə məğlub olduğu Azərbaycan - Finlandiya oyununun nəticəsini düzgün xatırlaya bilmədi. Beləliklə, Arif Əsədov evdə 2:0 hesabı ilə qalib gələrək aktivinə daha 3 xal yazdırdı. 
 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB