TOP 10

Nəbiyev “Viktoriya”da ilk rəsmi qolunu vurdu

Futbol
Tarix: 2020-06-06 20:57

Futbol üzrə Çexiya 2-ci divizionunda 21-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.


Sözügedən komanda doğma meydanda “Lisen”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:1.


Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 35-ci dəqiqəqə Nəbiyev vurub. Bununla da o, sözügedən çempionatda ilk rəsmi qoluna imza atıb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.


“Viktoriya” hazırda 38 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB