TOP 10

Premyer Liqamızda müsahibələr ləğv olundu

Futbol
Tarix: 2020-06-05 22:00

Cari mövsüm Azərbaycan Premyer Liqasını işıqlandıracaq media nümayəndələri üçün yeni təlimatlar qüvvəyə minib. Sport24.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasıın hazırladığı təlimatda bildirilir.

 

Qeyd edilib ki, koronavirus pandemiyasına görə dayandırılan yarışın bərpasından sonra yarışların işıqlandırılması və təbliği üçün media nümayəndələrinin stadiona gəlişinə icazə verilir. Onlar stadiona mütləq şəkildə tibbi maskada gəlməli, hərarət yoxlanışından keçməlidirlər.

 

Qeydiyyatdan keçən hər mətbu orqandan maksimum iki nəfər stadiona gələ bilər və bu, sırf oyunun işıqlandırılması ilə bağlı olmalıdır. Media sektorunda jurnalistlər sosial məsafəni qorumaq prinsipinə əməl etməlidirlər. Stadionun media sektoruna “sosial məsafəni qoru” bildirişləri meydan sahibi komanda tərəfindən vurulmalıdır.

 

Fotoqraflar və media zonada oturan şəxslər tibbi maskada olmalıdırlar.

 

Oyundan sonra təmasları azaltmaq məqsədi ilə “flash-müsahibə”lər, “mix-zona”lar ləğv olunur, mətbuat konfransının təşkili isə qüvvədə qalır. Bu zaman iclas otağında oturacaqların sayı azaldılmalı, sosial məsafə qorunmalıdır. Baş məşqçi, mətbuat katibi və ehtiyac yaranacağı halda tərcüməçi arasında sosial məsafə qorunmalıdır.

 

Jurnalistlər sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etməklə konfransa qatıla bilər. Mətbuat konfransının gedişində qeyd olunan məqamlara riayət olunmasına konfransda iştirak edən komandanın mətbuat xidmətinin əməkdaşı nəzarət etməlidir.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB