TOP 10

Millimizə düşərli olmayan hakimin qaradərili futbolçuya barmaq göstərməsi beynəlxalq qalmaqal yaratdı - FOTO - VİDEO

Futbol
Tarix: 2020-06-06 16:00

Latviyada “Riqa” və “RFS Riqa” komandalarının yoxlama oyunu (0:2) zamanı beynəlxalq qalmaqala səbəb ola biləcək hadisə baş verib. Sport24.az xəbər verir ki, buna FİFA referisi Andris Treymanisin jesti səbəb olub.

 

Kadrlardan görünür ki, beynəlxalq dərəcəli hakim qaradərili futbolçu Sedrik Kaudioya qırmızı vərəqə və orta barmağını göstərir. DÇ-2022-ni idarə etməyə Avropadan namizəd olan 35 yaşlı hakimin bu davranışı sosial şəbəkələrdə geniş müzakirə olunub və pislənilib. 

 

Məsələyə münasibət bildirən Treymanis göstərdiyi jestin səbəbini açıqlayıb: “Bu söhbətlərə son qoymaq üçün vəziyyəti izah etməli olacağam. Həmin epizod zamanı futbolçu rəqibə orta barmağını göstərdi. Məhz buna görə, qaydalara əsasən, onu qırmızı vərəqə ilə cəzalandırdım. Futbolçu “qırmızı”nı görədə bunun səbəbini başa düşmədi. Sözlə izahatımı başa düşmədiyi üçün onun etdiyi jesti təkrarlamalı oldum. Yəni bu, futbolçuya qarşı hərəkət deyildi. Sadəcə, oyunçuya nəyə görə cəzalandığını aydınlaşdırmaq istədim”.

 

Videokadrlarda da hakimin futbolçunu rəqibə orta barmağı göstərdiyi üçün cəzalandırdığı görünür. Futbolçusu cəzalanan klub da hakimin müdafiəsinə qalxaraq onun qarşısında üzr istəyib.

 

Qeyd edək ki, Treymanis indiyədək millimizin qarşılaşmalarını - Almaniyaya səfərdə 1:5 hesablı məğlubiyyət aldığı rəsmi oyununu və Belarus yığmasıyla Bakı Olimpiya Stationunda 0:1 hesablıyla uduzduğu yoldaşlıq görüşünü idarə edib. 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB