TOP 10

Elxan Məmmədov koronavirusdan müalicə olunan Nadir Qasımovla əlaqə saxladı

Futbol
Tarix: 2020-06-06 13:08

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov koronavirusa yoluxmuş Nadir Qasımovla telefonla danışın. Bu barədə Sport24.az-a həmin qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib: "Koronavirusa yoluxanların hamısı mütəxəssislərin nəzarəti altındadır və onların müalicəsinin bütün xərclərini dövlət öz üzərinə götürüb. Bu gün Elxan Məmmədov telefonla Nadir Qasımovla əlaqə saxladı və vəziyyətini soruşdu. Söhbətin sonunda Məmmədov Qasımova tezliklə sağalmasını arzuladı"


Qeyd edək ki, müxtəlif yaş qruplarımdan ibarət milli komandalarda çalışan Qasımov üçüncü gündür Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB