TOP 10

"Qəbələ" "Sumqayıt"la matçının yeni tarixini müəyyənləşdirdi, "Neftçi"ylə isə...

Futbol
Tarix: 2020-06-06 10:54

"Qəbələ" hazırlığı davam etdirmək üçün təmsil etdiyi doğma məkana yollanıb. Komandanın baş məşqçisi Elmar Baxşıyev Sport24.az-a açıqlamasında dünəndən Qəbələdə məşqlər etsələr də, yoxlama matçları keçirmək üçün Bakıya qayıdacaqlarını bildirib.

 

Məlumdur ki, "Qəbələ" iyunun 8-də "Sumqayıt"la, 14-də "Neftçi"ylə onun meydançasında yoxlama matçı keçirməli idi. Ancaq paytaxtda şənbə və bazar günləri üçün tətbiq olunan sərt karantin qaydaları planları dəyişib. Baxşıyev "Sumqayıt"la matçın tarixini iyunun 10-a dəyişəsi olduqlarını diqqətimizə çatdırıb: "İnşallah, həftənin ilk günündə Bakıya dönməyi planlaşdırırıq. Orda 1 gün məşq edərək "Sumqayıt"la görüşə hazırlaşacağıq. Bu oyun "Kapital Bank Arena"da olacaq. Tarixi, məkanı razılaşdırdıq, başlanma saatını da bugünlərdə dəqiqləşdirəcəyik. Bəli, "Neftçi"ylə matç da bazar gününə təsadüf etdiyindən, dəyişiklik olacaq. Klub səviyyəsində artıq onlarla danışıq olub. Qarşıdakı günlərdə birgə qərar verib buna uyğun hərəkət edəcəyik. "Nfetçi"ylə sınaq matçı yenə gündəmdə qalır, sadəcə, tarixini müəyyənləşdirəcəyik". 

 

Xatırladaq ki, "Qəbələ" Premyer Liqanın III dövrəsinin son turunda iyunun 21-də "Qarabağ"ın qonağı olmalıdı. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB