TOP 10

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

Futbol
Tarix: 2020-06-05 17:40

Peşəkar Futbol Liqasının Azərbaycan Premer Liqası və ölkə Kuboku ilə bağlı açıqladığı təlimatda oyunları idarə edəcək hakimlər barədə bəzi qadağalar da əksini tapıb. Sport24.az xəbər verir ki, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək.

 

Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.

 

Bundan əlavə, hakim mübahisəli vəziyyətlər zamanı futbolçular arasında münaqişə yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB