TOP 10

Baş məşqçisi Geryeylə vidalaşmalarının səbəbini göstərdi: "Neftçi"də heç bir futbolçu ondan üstün ola bilməz"

Futbol
Tarix: 2020-06-05 18:00

"Bütün futbolçular kimi Donald Gerye ilə də danışığımız oldu. Ondan istədiyimiz cavabı ala bilmədiyimiz üçün baş məşqçi kimi qalmasını istəmədim. Futbolçunun özü də bizimlə məşqləri davam etdirmək istəmədi. Müqaviləsi bitən futbolçuların komandada qalmasında, yeni müqavilələrin imzlanmasında qarşıda 8 oyun mühüm olacaq. Futbolçuların bu matçlarda işlərinə münasibəti vacib rol oynayacaq". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azəbaycan Radiosu və "İdman TV"nin ortaq yayımında efirə gedən "Extra Time" verilişində qonaq olarkən deyib.

 

43 yaşlı mütəxəssis bildirib ki, Geryedə bütün fikirlərini mövsümün son oyununa cəmləşdirmək istəyini görmədiklərindən komandada qalmasını istəməyiblər: "O, pis futbolçu deyil, yaxşı oyunçudu. Baş məşqçi olaraq, Greyenin qalmasının tərəfdarı idim. Amma qarşılıqlı istək olmayanda, bunun baş verməsinin əleyihinəyəm. Buna görə Donaldın "Neftçi"də qalmasını istəmədim".

 

Məmmədovun sözlərinə görə, "Neftçi"də heç bir futbolçu, heç bir insan kimliyindən, mövqeyindən, statusundan asılı olmayaraq klubdan üstün ola bilməz: "Əvəzolunmaz futbolçu yoxdur. Gerye gedib, əvəzində digər futbolçular var. İnanıram ki, onlar bu işin öhdəsindən layiqincə gələcəklər, yaxşı keyfiyyətlərini ortaya qoyacaqlar"

 

Məmmədov Donaldın yerinə sol cinah müdafiəçisi mövqeyinə Braziliyanın "Quarini" klubundan Tallisson Auqustonu gətirməyi planlaşdırdıqlarını təsdiqləyərək, hazırda rəsmi müqaviləylə bağlı danışqıların getdiyini və transfer rəsmiləşəndən sora açıqlama verə biləcəklərini vurğulayıb. 

 

Qeyd edək ki, cari mövsümün əvvəlində azad agent kimi "Neftçi"yə keçən Gerye "ağ-qaralar"la "1+1 il" şərtilə müqavilə imzalamışdı. O, 2017-19-cu illərdə isə "Qarabağ"ın formasını geyinib.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB