TOP 10

Timo Verner Premyer Liqa klubu ilə anlaşdı

Dünya Futbolu
Tarix: 2020-06-05 20:02

“Leyptsiq”in futbolçusu Timo Verner karyerasını İngiltərədə davam etdirməyə yaxındır. Sport24.az “Telegraph”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Çelsi”nin təklifini qəbul edib.


London klubunun Vernerlə ildə 10 milyon avro qazanması şərti ilə 5 illik müqavilə əsasında anlaşdığı bildirilir.


Məlumata görə, “zadəganlar” bu transfer üçün Almaniya klubuna 53 milyon funt-sterlinq ödəyəcək.


Bir çox klubun maraq dairəsində olan alman futbolçu üçün əsas namizədlərdən biri “Liverpul” idi.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB