TOP 10

Azərbaycan Kubokunda 6 əvəzetmə olacaq - RƏSMİ

Futbol
Tarix: 2020-06-05 17:00

Azərbaycan Kubokunda 6 əvəzləməyə icazə verilib. Sport24.az xəbər verir ki, bu, PFL-in bu gün açıqladığı 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavədə qeyd olunub.
 

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) koronavirus pandemiyası səbəbindən oyunçu dəyişikliyini 5-ə yüksəltsə də, Azərbaycan kubokunda bu say 6 olacaq. Kubokdakı əvəzləmə limiti 3+1 idisə, bu mövsümün yarımfinal və final qarşılaşmalarında bu, 5+1 olacaq. Yəni matçlar əlavə vaxta qalarsa, komandalara 6-cı dəyişiklik imkanı veriləcək.

 

İFAB-la Peşəkar Futbol Liqası arasında aparılan danışıqlardan sonra beynəlxalq qurum 90 dəqiqədə 5, əlavə vaxtda isə 1 əvəzləmə edilməsinə razılıq verib. Bu təlimat artıq klublara da göndərilib.

 

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinalında “Sumqayıt” “Qarabağ”la, “Qəbələ” isə “Zirə” ilə qarşılaşacaq.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB