TOP 10

Futbolçunun ölümündə günahlandırılan həkim həbs edildi

Dünya Futbolu
Tarix: 2020-06-05 15:00

Rumıniyalı həkim Elena Duta Buxarest "Dinamo"sunun futbolçusu Patrik Ekenqin ölümü ilə əlaqədar bir il yarım həbs cəzasına məhkum edilib. Sport24.az xəbər verir ki, u barədə Rumıniya məhkəməsi qərar qəbul edib.

 

Keçmiş kamerunlu yarımmüdafiəçi 2016-cı ilin mayında Rumıniya çempionatının matçında huşunu itirdiyi üçün xəstəxanaya aparılmışdı. Təcili tibbi yardımla xəstəxanaya aparılan futbolçu 2 saat sonra ölmüşdü. Səbəb kimi isə ürək çatışmazlığı göstərilmişdi.

 

Elena futbolçunu xəstəxanaya çatdıran təcili tibbi yardımın həkimi olub. O, futbolçunun ölümündə günahlandırılıb. İttihama görə, Elena oyunçunu canlandırmağa çalışmayıb. Həbsdən əlavə, o, Rumıniyada 60 gün ictimai işlər görəcək və 200 min avro cərimə ödəyəcək.

 

Futbolçunun ölümündən sonra "Dinamo" "14 nömrə"ni əbədiləşdirmişdi.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB