TOP 10

Premyer Liqanın yeni təqvimi bəlli oldu

Dünya Futbolu
Tarix: 2020-06-05 13:30

Koronavirus səbəbiylə dayandırılan İngiltərə Premyer Liqasının yeni təqviminin bir qismi məlum olub. Sport24.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, çempionat iyunun 17-də “Aston Villa” – “Şeffild Yunayted” oyunu ilə bərpa olunacaq.


Ardınca “Mançester Siti” – “Arsenal” matçı start götürəcək. Mersisayd derbisi olan “Everton” –“Liverpul” oyunu isə iyunun 21-də baş tutacaq.


İyulun 2-dək məlum olan təqvimə görə, sözügedən tarixədək hər gün oyun keçiriləcək.


Premyer Liqada turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB