TOP 10

Belçikalı baş məşqçi: "Qrupda "Qarabağ"a görə az xal topladıq"

Futbol
Tarix: 2020-06-05 12:15

Lüksemburq "Düdelanj"ının sabiq baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsində rəqibi olmuş "Qarabağ"ə xatırlayıb. Sport24.az xəbər verir ki, 49 yaşlı belçikalı mütəxəssis Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etməklə, tarixi uğur qazandıqlarını söyləyib: "Bu, əla bir an idi. Qrup mərhələsini 4 xalla başa vurduq, amma 6 ola bilərdi. Lakin "Qarabağ" son tur oyununun son dəqiqələrində hesabı bərabərləşdirdi. Bu komandanın baş məşqçisi olmaq yaxşı təcrübə idi". 

 

Krasson bildirib ki, klubla müqaviləni yeniləməmək qərarına gəliblər: "Qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Komandanın məqsədi Avropa Liqasına vəsiqə qazanmaq idi və bundan uzaqda deyildik. Komandanı 12-ci yerdən 5-ci pilləyə qaldırdıq və koronavirus pandemiyasına görə mövsüm bitdi".

 

 Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü pillədə bitirib. Ağdam təmsilçisi səfərdə rəqibini 4:1 hesabı ilə üstələməklə qrupda ilk böyükhesablı qazanan təmsilçimiz kimi adını tarixə yazdırıb. Bakıdakı görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB