TOP 10

Bordinə İtaliyada daha bir müştəri

Futbol
Tarix: 2020-06-05 09:42

İtaliyanın daha bir klubu "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinlə işibirliyi yaratmaq fikrindədi. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, C seriyasının digər təmsilçisi - "İmolese" də 55 yaşlı mütəxəssiso "sükanı arxası"na gətirmək istəyir. 

 

Bordin ötən gün klubla yollarını ayıran Canluka Atsorini əvəzləyə bilər. 

 

Qeyd edək ki, bu ölkənin mətbuatında daha əvvəl C seriyasındakı "Sambenedetteze" klubunun da Roberto Bordini baş məşqçi vəzifəsinə təyin edə biləcəyi yazılıb. İtaliyalı çalışdırıcı 2018-ci ilin iyunundan bu ilin yanvarınadək "Neftçi"də işləyərək keçən mövsüm Premyer Liqamızın gümüş medalını qazanıb.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB