TOP 10

Premyer Liqa klubunda yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-06-05 09:00

İngiltərənin “Sauthempton” klubu irlandiyalı hücumçusu Şeyn Lonqla müqavilə yeniləyib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 33 yaşlı futbolçu ilə anlaşmanın müddətini daha 2 il uzadıb.
 

Yeni müqaviləyə əsasən Şeyn 2021/22 mövsümünün sonuna qədər “Sauthempton”da oynamağa davam edəcək. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna qədər idi.


İrlandiya yığmasının sabiq forvardı İngiltərə klubuna 2014-cü ildə transfer olunub. O, bu komandada meydana çıxdığı 205 oyunda 35 qola imza atıb.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB