TOP 10

Premyer Liqada 5 oyunçu dəyişikliyi rəsmiləşdi

Dünya Futbolu
Tarix: 2020-06-04 19:00

Koronavirus pandemiyasına görə yarımçıq qalmış futbol üzrə İngiltərə Premyer Liqasında 2019/20 mövsümü bərpa olunandan sonra 5 oyunçu dəyişikliyi tətbiq olunacaq. Sport24.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.


Xəbərdə Premyer Liqa rəhbərliyinin bu qaydanı təsdiqlədiyi diqqətə çatdırılıb. Mövsümün qalan oyunlarında klublara həm 5 oyunçu dəyişdirməyə, həm də matçın iştirak ərizəsinə 9 ehtiyat oyunçu daxil etməyə icazə verilib. Əvvəllər klublar 7 ehtiyat futbolçu sifariş edə bilirdilər.


İngiltərə Premyer Liqasının iyunun 17-dən etibarən bərpası planlaşdırılır. Qarşılaşmalar azarkeşsiz keçiriləcək.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB