TOP 10

UEFA son 50 illiyin reytinqini açıqladı: Azərbaycanın 16 klubu düşdü, ən yaxşı göstəricinin sahibi bilindi

Futbol
Tarix: 2020-06-04 17:28

Avropa Liqası (keçmiş UEFA Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, son 50 illiyin siyahısına Azərbaycanın 16 klubu düşüb.

 

Təmsilçilərimizdən ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Belə ki, 69 xalı olan Ağdam təmsilçisi 983 klub arasında 118-ci pillədə qərarlaşıb.

 

İkinci ən yaxşı göstərici aktivində 34 xalı olan "Neftçi"yə məxsusdu - 216-cı yer. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici "Qəbələ"yə (27 xal) məxsusdur. "Qırmızı-qaralar" 248-ci pillənin sahibidir.

 

 

Azərbaycanın bütün komandalarının reytinq sıralaması:

 

1. 118. "Qarabağ" - 69 xal

 

2. 216. "Neftçi" - 34 xal

 

3. 248. "Qəbələ" - 27 xal

 

4. 471. "Xəzər Lənkəran" - 10 xal

 

5. 601. "Zirə" - 5 xal

 

6. 606. "Karvan" - 5 xal

 

7. 631. "Bakı" - 5 xal

 

8. 715. "Kəpəz" - 3 xal

 

9. 758. "Olimpik-Şüvəlan" (AZAL) - 2 xal

 

10. 819. "MKT Araz" - 1 xal

 

11. 861. "Xəzri" (Buzovna) - 1 xal

 

12. 876. "Səbail" - xalsız.

 

13. 902. "Simurq" - xalsız.

 

14. 939. "Turan" - xalsız. 

 

15. 940. "Şəfa" - xalsız

 

16. 950 "Şəmkir" - xalsız.

 

Qeyd edək ki, 1971-ci ildən keçirilən UEFA kuboku 2009-cu ildən Avropa Liqası adlanır. Azərbaycan təmsilçiləri bu yarışda 1994/95 mövsümündən mübarizə aparararq ilk təmsilçisi "Turan" olub. 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB