TOP 10

FİFA Rusiya klubuna transfer qadağası qoydu

Dünya Futbolu
Tarix: 2020-06-04 19:20

FİFA Rusiyanın “Rubin” klubunu cəzalandırıb. Sport24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


Ali futbol qurumu Kazan təmsilçisinə transfer qadağası qoyub. Buna səbəb, “Rubin”in 2018-ci ildə Sloveniyanın “Olimpiya” klubundan heyətinə qatdığı Filip Uremoviçin transfer məbləğini Lyublyana təmsilçisinin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməməsidir.


FİFA-ya müraciət edən “Olimpiya” “Rubin”in cəzalandırılmasına nail olub. Kazan klubu “Olimpiya”ya cəriməni ödəyənə qədər yeni futbolçu transfer edə bilməyəcək.


Filip Uremoviçin “Rubin”lə 2024-cü ilin yayınadək müqaviləsi var.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB