TOP 10

Dieqo Kostanın məhkəməsi oldu – 36 minlik cərimə

Dünya Futbolu
Tarix: 2020-06-04 16:30

Vergidən yayınmaqda ittiham olunan “Atletiko”nun futbolçusu Dieqo Koştanın məhkəməsi keçirilib. Sport24.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.


Məhkəmə, Koştaya 6 aylıq həbs cəzası verib. Futbolçunun həbs cəzası pul cəzasına çevrilib və Koşta 36 min avro ödəyəcək.


Son illərdə İspaniyada vergidən yayınma halları ilə bağlı xeyli məşhur futbolçu məhkəməlik olub və günahları sübuta yetirilib. İndiyə qədər Kriştiano Ronaldo, Lionel Messi, Xames Rodriqes, Radamel Falkao, Anxel Di Maria, Neymar, Xavyer Maskerano, Marselo, İker Kasilyas, Luka Modriç, Aleksis Sançes və Fabio Koentrao kimi ulduz oyunçular vergidən yayındığı üçün cəzalandırılıb.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB