TOP 10

“Azərbaycandan gələn təklifə “yox” deyə bilməzdi” - Braziliya klubunun rəsmisi

Futbol
Tarix: 2020-06-04 10:24

Braziliyanın “Quarani” klubunun baş meneceri Mişel Alves müdafiəçi Tallison Auqustonun “Neftçi”yə transferini dəyərləndirib. Sport24.az xəbər verir ki, klub rəsmisi öz ölkəsinin mətbuatına açıqlamasında 29 yaşlı braziliyalı sol cinah müdafiəçisinə Azərbaycandan gələn təklifin əla olduğunu bəyan edib: "O, heç cür bundan imtina edə bilməzdi. Tallisona apreldə başa çatan müqaviləni yeniləməyi təklif etdik. Lakin onu saxlamağımız mümkünsüz idi".

 

Alves klubunun “Neftçi”nin təklifi qarşısında geri çəkilməli olduğunu vurğulayıb: “Tallisonun özü ilə bu barədə söhbətim oldu. Mənə dedi ki, Azərbaycandan gələn təklifə “yox” deyə bilməz. Həm də həmin məbləği “Quarani” ona vermək gücündə deyil. Bu üzdən futbolçu bizimlə vidalaşaraq Avropaya yollanmaq qərarına gəldi”.

 

Qeyd edək ki, Tallisonun “Neftçi” ilə 3 illik müqavilə imzalayacağı deyilir.

 


 

 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB