TOP 10

"Zirə"nin legioneri karantindən sonrakı problemlərin hamısını dəf olunan, Avroliqaya vəsiqəni real sayır: "Bu, sanki körpə uşağın nəsə yeni bir şeyi gördüyündə həvəsləndiyi, sevindiyi bir haldı" 

Futbol
Tarix: 2020-06-04 11:00

"Təbii ki, yenidən komanda şəklində yaşıl meydanda məşq etməyimizlə bağlı təəssüratlarım müsbətdi. Hər kəs geridönüş etdiyimizə görə sevincli, xoşbəxt görünür. Düşünürəm ki, hər şey pozitiv olacaq, çempionatın davamını pozitiv enerjiylə edəcəyik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin legioneri Ali Sisey bildirib.

 

Arxada qalan 2,5 ay müddətdə evdə etdikləri fərqi məşqlərlə açıq havadakı çalışmaları müqayisəolunmaz hesab edən syerra-leoneli müdafiəçi topa qovuşmalarının təəssüratlarını bölüşüb: "Əlbəttə, futbolda bu qədər fasilə olmamışdı ki, təxminən 3 aya yaxın topla təmasda olmayasan. Bu, sanki körpə uşağın nəsə yeni bir şeyi gördüyündə həvəsləndiyi və ya sevindiyi, xoşbəxt göründüyü bir hal kimi xarakterizə olunur". 

 

Sisey karantin dövründə bir futbolçu olaraq özlərini fiziki, psixoloji cəhətdən hazır vəziyyətdə saxlamalarının çox çətin olduğunu gizlətməyib: "Çünki normalda komanda şəklində stadionda məşq etməyə öyrəşmişik. Ancaq təbii ki, peşəkarıq və çətinliklərə baxmayaraq, virtual məşqlərimiz oldu. Bundan əlavə, baş məşqçimizin tapşırığına əsasən özümüzə lazım olan məşq yükünü götürmək üçün əlavə çalışmalar da edirdik". 

 

Ali mövsümün bərpasından sonra 40 gündə 3-4 gündən bir oynamaqda problem görmür: "Sıx qrfaikdə oynamağa görə bizdə heç bir narahatlıq yoxdu. Hazırda öhdəmizə düşən peşəkar futbolçu kimi məşqlərdə intensivliyi qaldırmaq və hazırlıqdan da başqa, rejimlərə diqqət eləməkdi". 

 

26 yaşlı legioner iki "cəhbə"də mübarizə apardıqları mövsümdə Avroliqaya vəsiqə qazanmalarına yaxşı şanslarının olduğunu sayır: "Məqsədimiz heç də dəyişməyib - avrokuboklarda iştirak etmək. Düşünürəm ki, real görünən də budu. Bəli, isti yay aylarında oynayacağıq. Ancaq bu da heç bir problem yaratmayacaq. Mən də eyni şəraitdə oynayacam, komandam da, rəqiblərimiz də. Yəni, hər kəs bu hava şəraitinə uyğunlaşmalıdı".

 

Xatırladaq ki, Sisey "Zirə"nin qış transferlərindən biridi. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB