TOP 10

Danimarka klubu Azərbaycan çempionuyla vidalaşdı

Futbol
Tarix: 2020-06-04 10:00

Danimarkanın "Orxus" klubu Azərbaycanda işləmiş məşqçisi Ruben Selles ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, klub baş məşqçi Davil Nilsenin köməkçisi olan 37 yaşlı ispaniyalı mütəxəssisin müqaviləsi yenilənmədiyini rəsmən açıqlayıb.

 

Selles özünü başqa bir klubda sınamaq üçün bu addımı atdığını söyləyib. O, 2018-ci ildən "Orxus"da çalışırdı. 

 

Qeyd edək ki, Selles 2012-14-cü illərdə "Neftçi"də, 2015-17-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib. O, hər iki klubla Azərbaycan çempionluğu və Kuboku qazanıb. 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB