TOP 10

Bordin C seriyasında işləyəcək - "Yuventus"un əfsanəsinin yerinə

Futbol
Tarix: 2020-06-04 09:20

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin işsiz günləri başa çatır. Sport24.az xəbər verir ki, bu ilin yanvarında Bakı təmsilçisindən ayrıldıqdan bəri klubsuz qalan 55 yaşlı italiyalı mütəxəssis Vətənində fəaliyyət göstərməyə hazırlaşır.

 

Belə ki, Bordin tezliklə İtaliya C seriyası təmsilçisi “Sambenedetteze”nin “sükanı arxası”na keçə bilər. O, baş məşqçi postundan göndərilən Paolo Monteronu əvəzləyəcək. 

 

Marke bölgəsinin komandası liderlər qrupundan uzaq düşdüyü üçün rəhbərlik Uruqvay millisinin sabiq müdafiəçisi ilə vidalaşıb. “Yuventus” əfsanəsinin gedişindən sonra boş qalan posta ən real namizəd məhz Bordindi. Onunla danışıqların davam etdirildiyi bildirilib.

 

Qeyd edək ki, Bordin ilyarım çalışdırdığı "Neftçi”ylə Premyer Liqamızın gümüş medalçısı olub.

 

CBCsport
15 Iyul 2020
14 Iyul 2020
B.eÇ.aÇC.aCŞB