TOP 10

Premyer Liqamızın təqvimi dəyişə bilər

Futbol
Tarix: 2020-06-03 20:41

Azərbaycan Premyer Liqasının qalan hissəsinin yeni təqviminində dəyişiklik edilə bilər.  Sport24.az xəbər verir ki, ölkə çempionatında şənbə və bazar günlərinə nəzərdə tutulan XXI (21 iyun), XXIV (5 iyul) və XXVII turların (25 iyul) vaxtlarının dəyişməsi mümkündür.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bəyan edib ki, müraciətlərində cümə axşamından bazar ertəsinə qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmağın qadağan olunmasını təklif ediblər və bunun detalları müzakirədədir.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın şənbə və bazar günləri tam küçəyə çıxma qadağası barədə qərar  veriləcəyi təqdirdə, Premyer Liqada da şənbə və bazar günlərinə nəzərdə tutulan oyunların vaxtı dəyişdiriləcək.

 
CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB