TOP 10

Daha bir Avropa ölkəsində milli çempionatın bərpa tarixi bəlli oldu

Dünya Futbolu
Tarix: 2020-06-04 14:00

Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə Rumıniya çempionatında 2019/20 mövsümünün bərpa tarixi müəyyənləşib. Sport24.az xəbər verir ki, sözügedən çempionat iyunun 12-də qaldığı yerdən davam etdiriləcək.
 

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Qalan bütün oyunların azarkeşsiz keçirilməsi planlaşdırılır. Bərpadan sonra baş tutacaq oyunlardan 2-3 gün əvvəl isə bütün futbolçulardan koronavirus testi götürüləcək.


Xatırladaq ki, əksər Avropa ölkələrində olduğu kimi, Rumıniyada da futbol oyunları martın əvvəlindən bəri dayandırılmışdı.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB