TOP 10

Yeni mövsümün başlama tarixi açıqlandı

Dünya Futbolu
Tarix: 2020-06-04 13:00

Koronavirus pandemiyasına görə 2019/20 mövsümünün vaxtından əvvəl başa çatdırıldığı Şotlandiyada yeni mövsümün başlayacağı tarix müəyyənləşib. Sport24.az xəbər verir ki, 2020/21 mövsümünün avqust ayında başlaması nəzərdə tutulur.
 

Bu barədə Şotlandiya Peşəkar Futbol Liqasının (SPFL) mətbuat xidməti məlumat yayıb. Hazırda oyunların azarkeşsiz keçirilməsi planlaşdırılır.


Qeyd edək ki, koronavirus pandemiyasına görə martda dayandırılan Şotlandiya çempionatında mövsümün qalan hissəsi ləğv edilmiş, lider “Seltik” isə çempion elan olunmuşdu.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB