TOP 10

Novruzov oynadı, komandası yenə məğlub oldu

Dünya Futbolu
Tarix: 2020-06-03 23:00

Futbol üzrə Estoniya çemponatında 5-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Tulevik” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.


Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb.


Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 5 turdan sonra 1 xalla sonuncu pillədədi.

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB