TOP 10

Bundesliqa klubunda yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-06-03 20:30

Almaniyanın “Bayer” klubu braziliyalı futbolçusu Vendell ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


26 yaşlı cinah müdafiəçisi ilə 2021-ci ilin yayında başa çatmalı olan müqavilənin müddəti daha bir il artırılıb. Beləcə, Vendell 2022-ci ilin 30 iyun tarixinə kimi “Bayer”in uğurları üçün çalışmağa davam edəcək.


Vendell 2014-cü ildən “Bayer”də forma geyinir. O, indiyə qədər Bundesliqada meydana çıxdığı 160 oyunda 7 qola imza atıb.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB