TOP 10

"Səbail"in də rəqibləri bilindi - "Zirə"ylə "Qarabağ"a tam aydınlıq gəldi

Futbol
Tarix: 2020-06-03 18:24

"Səbail" də digər klublarımız kimi, Premyer Liqanın bərpasınadək hazırlıq müddətində 2 yoxlama matçı keçirəcək. Komandanın baş məqşçisi Aftandil Hacıyev Sport24.az-a açıqlamasında "Zirə" və "Qarabağ"la görüşəcəklərini bildirib: "Hər iki komandanın meydanında qarşılaşacağıq. "Zirə"ylə iyunun 10-da oynayacağıq. Bu, ya Bakı Olimpiya Stadionunun meydançasında olacaq, ya da Zirədə. Hazırda məkanı danışırıq. "Qarabağ"la isə iyunun 14-də "Azərsun Arena"da qarşılaşacağıq".

 

Bununla "Zirə"ylə "Qarabağ"ın da hər 2 rəqibi bilindi. Məsələ ondadır ki, zirəlilər iyunun 14-də "Qəbələ"ni qonaq edəcək. "Qarabağ" isə iyunun 9-da "Bank Respublika Arena"da "Sabah"ın qonağı olacaq. 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB