TOP 10

Sopiç futbolçuları cəzalandırmaq fikrində deyil, karantinin Abışova daha çox faydasının dəydiyini hesab edir: "75 gündən sonra onlardan nəsə daha çox şey istəmək axmaqlıq olardı"

Futbol
Tarix: 2020-06-03 18:00

İyunun 1-dən Premyer Liqamızın bütün klubları COVİD-19 pandemiyası ilə bağlı yaranmış uzunmüddətli fasilədən sonra ilk məşqə çıxıb. Bunlar arasında olan "Sabah"da bütün futbolçular hazırlıqda iştirak edir. Komandanın baş məşqçisi Jelko Sopiç "Bank Respublika Arena"da hazırlığı izləyən Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 
 

 

- İlk növbədə birinci məşqlə bağlı təəssüratlarınızı öyrənmək istərdik. Nə gözləyirdiniz, nə gördünüz?

- Bu pandemiya başlamamışdan əvvəl futbolçularımıza xüsusi məşq prosesləri vermişdik ki, buna əsasən "Zoom" proqramı vasitəsilə bizə qaçışlarını çəkib göndərirdilər. Amma əlbəttə, futbol top oyunudu, onlar nə vaxtdı ki topsuzdurlar. Bu da ilk məşqdəcə özünü hiss elətdirdi ki, uşaqlar nə vaxtdı topsuz məşq edirlər. 

 

- Sirr deyil ki, funksional hazırlıqla yanaşı, psixoloji durum da önəmli rol oynayır. Futbolçularınızın psixoloji durumu necədi? Və ya kimlərinsə əlavə fərdi söhbətlərə ehtiyacı varmı?

- Bu karantin dövrü bir az çətin keçdi. Bildiyiniz kimi, hər kəs cəmi 2-3 saat bayıra çıxa bilərdi. Ona görə arxada qoyduğumuz müddətdə onlarda psixoloji cəhətdən bir az problemlər olur. İstər məşqçi heyəti, istərsə də özüm olum, həmişə çalışacağıq ki, onlara lazımdırsa, hər zaman psixoloji cəhətdən dəstək göstərək. 

 

- Artıq çəkidən əziyyət çəkənlər var?

- Bunu normal hal kimi qarşılamalıyıq. Çünki karantin dövründə heç bir şey edə bilmirdilər və bu üzdən 2-3 kq artıq çəki ala bilərlər. Amma elə bir məşqçi deyiləm ki, onları necəsə cəzalandırım bu çəkilərinə görə. Əksinə, olanları anlayışla qarşılayıram. Bir şeyi də anlamalıyıq ki, COVİD-19-dan qabaqkı futbol eynilə olmayacaq. Məşqçi heyətimin, mənim ən əsas çalışdığımız məqsəd odur ki, oynayacağımız müddət ərzində futbolçularımız çox da zədələnməsin. 

 

- Zədəlilərdən söz düşmüşkən, Kevin Kubemba, Elşən Abdullayev və Ruslan Abışov - bu trionun hazırkı vəziyyəti haqda məlumat almağı istərdik. Və onları qarşıdakı turlarda görmək ehtimalı ümumiyyətlə, varmı?

- Elşən hazırda məşqlərimizə qoşulub. Ancaq bütün hərəkətlərdə iştirak edə bilmir. Sadəcə, bəzilərində ondan istifadə edirik. Təbii ki, Elşən hələ hazır deyil. Bildiyiniz kimi, Kevin çox ciddi zədə almışdı və reabilitasiya dönəmi də onda bir qədər uzun çəkdi. O da Abdullayev kimi məşqlərimizdə yer alıb. Özü də Kevin Elşənlə müqayisədə daha çox hərəkətlərdə iştirak edir. Amma ona da müəyyən müddət lazımdır ki, özünə gəlsin. Zədəlilərimiz içərəsində ən yaxşı vəziyyətdə olanın Ruslan olduğunu deyə bilərəm. Karantinin ona bəlkə daha çox faydası olub. Ancaq yoldaşlıq görüşlərinə baxdıqdan sonra qərar verəcəyik ki, Abışov çempionatda qarşıdakı oyunlarda iştirak edəcəkmi. Onu da əlavə edim ki, Ruslan karantini də nəzərə alsaq, 6-7 aydır futbolsuzdu.

 

- Artıq özünüz üçün proqram tutmusunuz ki, neçə müddətdən sonra 2 məşqə keçəcəksiniz və ya ümumiyyətlə, keçəcəksinizmi?

- Futbol fəlsəfəmdə istədiyim odur ki, oyunçularım topu daha çox hiss eləsin. Desəm ki, iyunun 21-dək onlara 2 məşq verəcəm, yox, düzgün olmaz. Planlaşdırdığım odur ki, ilk matçımızda ya 2, ya 3 dəfə 2 məşq olsun. Bunlardan səhər məşqləri daha çox taktiki planda olacaq. 75 gündən sonra futbolçulardan nəsə daha çox şey istəmək əlbəttə, bir az axmaqlıq olardı. Onu da deyim ki, hazırlıq dönəmində iyunun 9-da "Qarabağ"la, 14-də "Zirə"ylə oynamağı planlaşdırırıq. 

 

- Fasilədən sonra ilk rəqibiniz olacaq "Keşlə" yoxlama oyununda qarşılamağı təklif etsə, razı olardınızmı?

- Erkən gün olsaydı, iyunun 9-dək oynaya bilərdik. Çünki müəyyən bir vaxt var. Ancaq rəsmi matçdan əvvəl olsa, yəqin ki, oynamarıq. 

 

CEYHUN ƏLİYEV

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB