TOP 10

Bəhlul Mustafazadədən hücumçularına mesaj: "Çox ümid edirəm ki, qarşıdakı oyunlarda buna əl atmalı olmayacam"

Futbol
Tarix: 2020-06-03 16:07

"Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə Sport24.az-ın əməkdaşıyla söhbətində vəziyyəti, ilk məşqləri barədə danışıb, eyni zamanda psixoloji duruma da toxunub. 23 yaşıl futbolçu qrup hazırlığına yenicə başlamalarına baxmayaraq, komandanın yaxşı təsir bağışladığını diqqətə çatdırıb: "Görünür, karantin zamanı hamı formasını saxlamağa ciddi yanaşıb. Düşünürəm ki, bunun sayəsində komanda normal görünür. Əlbəttə ki, texniki baxımdan geridə qalırıq, amma fiziki formamız qənaətbəxşdi".

 

Bəhlul özündə çəki problemi görmür: "Bir az artırmışam. Bir neçə məşq və artıq çəkimi ata bilərəm. Hücumlara qoşulmağa gəlincə, bu, əlavə enerji sərfiyyatı tələb edir. Çox ümid edirəm ki, qalan matçlarda buna əl atmalı olmayacam. Axı, hesab bərabər olduqda və ya rəqib qalib gələndə hücumlara qoşuluram. Ümid edirəm ki, hücum xəttimiz lazımi nəticəni mənsiz də təmin edəcək".

 

Maraqlıdı, komanda yoldaşları ilə münasibətdə psixoloji narahatlıq varmı?: "Xeyr, hətta buna yaxın şey belə yoxdu. Axı, hamı COVİD-19 üçün testdən keçdi və hamının sağlam olduğunu yaxşı bilirik".

 

 

 

 

CEYHUN ƏLİYEV

 

 

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB