TOP 10

Ozan Canın qardaşı üçün 23 milyon funt-sterlinq

Dünya Futbolu
Tarix: 2020-06-03 15:01

İngiltərənin “Arsenal” klubu “Feyenoord”un futbolçusu Orkun Kökçünü heyətinə qatmaq niyyətindədi. Sport24.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun baş məşqçi Mikel Artetanın heyətdə görmək istədiyi 19 yaşlı futbolçu üçün qarşı tərəfə təklif ediləcək məbləğ də bəllidi.


“Topçular” növbəti mövsüm üçün heyətinə qatmaq istədiyi Kökçü üçün Niderland klubuna 23 milyon funt-sterlinq ödəməyə hazırdı.


Türkiyənin U-21 komandasının da üzvü olan Orkunun “Feyenoord”la müqaviləsi 2023-cü ilin iyununda başa çatır.


Orkunun qardaşı Ozan Can Kökçü Azərbaycan millisində və “Sabah” klubunda çıxış edir.

CBCsport
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB