TOP 10

UEFA-nın avrokuboklarla bağlı yeni planı - "8-lər finalı"

Dünya Futbolu
Tarix: 2020-06-03 11:50

UEFA avrokubokların formatını dəyişdirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, koronavirus pandemiyasına görə dayandırılan hər iki turnirin bərpadan sonra 1/4 final mərhələsindən "8-lər finalı" formatında keçirilməsinin müzakirə edildiyi bildirilir.

 

Özü də matçların ayrı-ayrı şəhərlərdə deyil, Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar pley-off mərhələsində olduğu kimi öz aralarında 2 yox, 1 oyun keçirəcəklər.

 

Qarşılaşmaların Münhen və Madriddə keçirilməsi variantı da nəzərdən keçirilir. Yekun qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında qəbul olunacaq.
 

Qeyd edək ki, bundan əvvəl Çempionlar Liqasının "Dördlər finalı" formatında Almaniyada keçiriləcəyini yazılmışdı. 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB