TOP 10

Namaşko çempionat olmadığı vaxtda millisinin yığışmasını şərh etmək istəmədi: "Moldovada olsam da, dəvət, sürpriz gözləmirdim, bu haqda düşünmürdüm də"

Futbol
Tarix: 2020-06-03 10:52

"İndi çempionat yoxdu, ancaq milli komanda bir araya gəlir. Əlbəttə, klublar məşq etmirsə, milli yığışırsa, bir hissəylə hazırlaşırsa, bu, bir az...Nə isə, şərh etməyəcəm. Bu, onların qərarıdı, onların hüququdu. Belə qərar qəbul ediblər, onu da həyata keçirirlər". Bu fikirləri Sport24.az-a açıqlamasında Moldova millisində oyun sayında rekordçu olan qapıçı Stanislav Namaşko bildirib. 

 

Cari mövsümdən yenidən ölkəmizdə legioner həyatı yaşayaraq bu dəfə "Keşlə"nin əsas qolkiperi olan 34 yaşlı Namaşko uzun illər şərəfini qoruduğu milli komandasından yenə dəvət almayıb. Moldova yığmasının türkiyəli baş məşqçisi Engin Fırat yalnız ölkə daxilində olan futbolçuları çağırmağı məqsədəuyğun sayıb. Əslində, onun başqa variantı da yox idi. Ona görə ki, ölkələr arasında hava sərhədləri bağlı olduğundan, legionerlərin gəlişi mümkün deyildi. Ancaq məsələ ondadı ki, Stanislav hələ ölkəmizdə karantin başlamamışdan əvvəl Vətəinə yollanmağa imkan tapıb. O, indinin özündə də Tiraspolda ailəsinin yanındadı. Yəni, Namaşkonu milliyə çağırmaq olardı. Maraqlıdı, o, özü bu dəvəti gözləyirdimi?: "Gözləmirdim ki, məni dəvət edəcəklər. Hətta bu haqda düşünmürdüm də. Çünki fikrimcə, bu mənada sürpriz ola bilməz. Milliyə dəvət olunacaqsa, baş məşqçi və ya köməkçisi əvvəldən səninlə əlaqə saxlayaraq xəbərdar edəcəklər. Bu, adətən əvvəldən olan bir prosedurdu. Uzun müddət milliyə çağırılmayan futbolçunu çağırmaq qərarı verilirsə, onunla əlaqə saxlayaraq söhbətləşirlər, fikirlərini öyrənirlər. Heç bir söhbət olmursa, heç bir sürpriz olmur, gözləməyə də dəyməz. Karantində olduğum müddət yalnız o haqda düşünürəm, bu yöndə əlaqədəyəm ki, tezliklə klubumun sıralarında olum. Milli yığışırsa, hazırlaşırsa, onlara görə sevinmək olar. Mənim isə öz işlərim var ki, onların tezliklə yoluna qoyulması düşünürəm".

 

Xatırladaq ki, son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan Namaşko Moldova millisində 45 oyun keçirib. Həmçinin, qapıçı bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da yığmasının tarixində rekord sayılır. Stanislav Moldova millisinin heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək, bu göstəricidə birincidir.


 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB