TOP 10

Fərid oynadı, “Viktoriya” 3 xalı 4 qolla qazandı

Dünya Futbolu
Tarix: 2020-06-02 21:00

Futbol üzrə Çexiya 2-ci divizionunda 20-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 

Sözügedən komanda səfərdə “Varnsdorf”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 4:0.


Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Nəbiyev 34-cü dəqiqəqə sarı vərəqə ilə də cəzalanıb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

 
“Viktoriya” hazırda 35 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB