TOP 10

Nuri Şahin mövsümü erkən başa vurdu

Dünya Futbolu
Tarix: 2020-06-03 09:00

Türkiyənin və Almaniyanın “Verder” klubunun yarımmüdafiəçisi Nuri Şahin ciddi zədə ilə üzləşib. Sport24.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Florian Kohfeldt məlumat verib.
 

O, yerli mətbuata açıqlamasında 31 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu və bu mövsüm komandaya kömək edə bilməyəcəyini açıqlayıb.


Yeri gəlmişkən, Nuri Şahinin “Verder”dəki aqibəti də qeyri-müəyyəndi. Klubla müqaviləsinin müddəti mövsümün sonuna kimi olan türkiyəli yarımmüdafiəçi hələ də rəhbərliklə razılıq əldə etməyib. “Bild” nəşrinin iddiasına görə isə o, növbəti mövsümdən Türkiyəyə qayıda və “Fənərbaxça”da forma geyinə bilər.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB