TOP 10

Formula 1 üzrə 8 qran-prinin təqvimi açıqlandı

Digər
Tarix: 2020-06-02 17:30

Formula 1 üzrə dünya çempionatında ilk 8 qran-prinin təqvimi açıqlanıb. Sport24.az xəbər verir ki, mövsümün ilk iki qran-prisi Avstriyada (3-5 iyul və 10-12 iyul) olacaq.


Daha sonra Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7-9 avqust), İspaniya 14-16 avqust, Belçika (28-30 avqust), İtaliya (4-6 sentyabr) qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.


Azərbaycan qran-prisi ilə bağlı hələlik məlumat yoxdur. Tam təqvimin qarşıdakı həftələrdə açıqlanacağı bildirilib.


Qeyd edək ki, Formula 1-də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl Formula 1 rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB