TOP 10

"Perulu legionerin məsələsi 80-90 faiz dəqiqləşib"

Futbol
Tarix: 2020-06-02 16:17

"Bizimlə çüqaviləsi mayın 31-də bitən futbolçular yeni anlaşma imzalayıblar və cari mövsümün sonunadək komandamızda olacaqlar. Bu baxından oyunçularla problemimiz olmadı. Daha öncə saytınıza müsahibəmdə də bildirmişdim ki, onlara insan kimi də güvənirik. Bu cəhətdən bizə heç bir problem yaratmadılar". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Zaur Həşimov bildirib.

 

Qapıçılar Boyan Zoqoviç (Monteneqro), Orxan Sadıqlı, Abdulla Seyidəhmədov, müdafiəçilər Miloş Bakraç (Monteneqro), Adrian Skarlatake (Rumıniya), Yovan Krneta (Serbiya), Bəxtiyar Həsənalızadə, yarımmüdafiəçilər Şafik Tiqruca (Fransa), Tellur Mütəllimov, Nicat Süleymanov və hücumçu Riçard Qadzenin (Qana) müqavilələrinin müddəti cari mövsümün sonunadək uzadılıb.

 

Həşimovun sözlərinə görə, "Deportivo Munisipial" klubundan 1 illiyə icarəyə götürdükləri perulu müdafiəçi Alvaro Ampueronun məsələsi də müsbət həll olunmaq üzrədi: "Onun həmin Peru klubuyla müqaviləsi bu yay bitir. Bu yayadək də bizdə icarədə idi. Artıq sərbəst futbolçu statusu daşıyır. Hazırda onunla bağlı danışıqlar gedir. Çox güman, problem olmayacaqq və mövsümün sonunadək bizdə oynayacaq. Alvaronun məsələsi demək olar 80-90 faiz dəqiqləşib. Klub müqaviləsi bitən futbolçuya onun sıralarına qayıtmaqla bağlı əngəl törədə bilməz. Sadəcə, bəzi detallar var ki, klub rəhbərliyimiz onlarla məşğuldu. Yəqin ki, bunlar da müsbət həllini tapacaq". 

 

Xatırladaq ki, 28 yaşlı Ampuero paytaxt Limanı təmsil edən həmin kluba 2018-ci ildə keçib. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB