TOP 10

XXI turun 2 matçı "CBC Sport"da

Futbol
Tarix: 2020-06-02 13:00

Azərbaycan Premyer Liqa turlarının bütün oyunlarının eyni gündə keçiriləcəyi üçün teleyayımların vaxtı da azaldılacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, teleyayım yayım hüququna sahib olan "CBC Sport" ölkənin yüksək divizionunun 2 oyununu nümayiş etdirəcək.

 

Telekanalın XXI turda məhz hansı matçları yayımlayacağını da öyrənə bildik. Azərbaycan futbolunun qurmanlarını sevindirməyə tələsək - ən böyük azarkeş ordusu olan komandaların iştirakı ilə matçlar nümayiş olunacaq.
 

Söhbət "Qəbələ"ni qəbul edəcək "Qarabağ"la "Zirə" ilə səfərdə çıxış edəcək "Neftçi"dən gedir. Bu görüşlərdən biri axşam saat 7-də başlayacaq. Digər oyun, çox güman ki, saat 21:15-də start götürəcək. 

 

Qeyd edək ki, XXI turun oyunları iyunun 21-də keçiriləcək.
 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB