TOP 10

"Ağ-qara"lı imtahan

Futbol
Tarix: 2020-06-02 14:00

"Neftçi" döyüşə qoşuldu. "Ağ-qaralar" son bir sutkada o qədər böyük səs-küy saldılar ki, bunu bütün mövsüm üçün etməmişdilər. Yerli komandalar üçün karantin tətbiq edildikdən dərhal sonra ölkənin vitse-çempionu dolayı yolla öz tələblərini bəyan etdi. Necə? Bu barədə az sonra...

 

Donald Gerye çempionatın başa çatmasına düz 8 tur qalmış klubdan ayrıldığını açıqladı. Baqali Dabo Kiprin "Apollon" klubuna keçmək istəyini gizlətmədi. Bəs, "Neftçi"? Klub bu xəbərlərin hər ikisini sadəcə, qulaqardına vurdu. "Neftçi"nin idman direktoru Ceyhun Sultanov (bu gün bu materialı dərc edəcəyik - red.) bizimlə söhbətdə rəhbərliyin heç futbolçunun ayrılmasından narahat olmadığını söylədi.
 

 

Niyə?

 

Hər şey sadədir. "Azərbaycan futbolunun canlı tarix"inin rəhbərləri növbəti mövsüm üçün bütün məsələləri həll ediblər. Bəli, onlar hələ ki susurlar. Bəli, onlar oyunçularını tərk etməsi məsələlərində aktivlik nümayiş etdirmirlər. Bəli, onlar yola salınanların heç birini adını çəkmirlər. Ancaq fil kimi ona görə sakit deyillər ki, komandanın vəziyyətinə əhəmiyyət vermirlər. Onların olanlara tutarlı səbəbi var. Kamran Quliyev və Ceyhun Sultanov karantin zamanı boş oturmadılar, planlı olaraq transfer məsələləri ilə məşğul oldular. Bu tandem gözləmə mövqeyi tutaraq səssizcə öz ünvanına olan "acı dərmanları udur". Onların mövqeyi yetərincə planlıdı.
 

 

Bu, nədən ibarətdir?

 

Kamran Quliyev "Neftçi" nin prezidenti vəzifəsinə təyin olunduqdan sonra işlərə tələsmədi. Əksinə, gənc funksioner struktur məsələləriylə məşğul oldu. Komanda oynadı, vuruşdu, ancaq "neftçilər"in qızıl medal uğrunda deyil, KLUB-un yaranması üçün mübarizə apardıqları nəzərə çarpırdı! Beləliklə, "Neftçi" Avropa Liqasında çıxış etdi. Moldovalıların keçdikdən sonra belə baxanda, missiyanın başa çatdığı görünürdü, amma "ağ-qaralar" Rusiya klubunu avrokuboklarda üstələyən ilk Azərbaycan təmsilçisi oldu və başqa bir tarix yazdı ...

 

İndi Donald Geryenin məsələsi müzakirə edilir, amma ricanızla. "Neftçi" Tula "Arsenal"ını keçəndə, komandanın heyətində bu müdafiəçi var idimi? Yoxsa Gerye bütün dövrənin qəhrəmanı oldu? Gəldi, gördü, ancaq qələbə qazanmadı. Gerye gedişini bəyan etdi. Sənə yeni bir müqavilə təklif olunmasa, nə etmək qalır?..

 
 

Yeni sual yaranır: kimə müqavilə təklif edildi?

 

Dünəndən gec olmayaraq, Emin Mahmudov "Neftçi" ilə 3 illik müddətə yeni müqavilə bağladı. Yerli klubların statistikasına gəzişin və 28 yaşlı oyunçu ilə analoji müqavilə tapın. Xeyr, yoldaşlar, belə bir şey yoxdur! Bu nədir? Axmaqlıq? Qeyri-peşəkarlıq? Çox etibar? Heç də belə deyil! Mahmudov "Neftçi"nin ən sabit futbolçusu deyil. Ancaq onunla bağlı incə məqam var - bu yarımmüdafiəçi ən kritik məqamlarda özünü göstərir. Ən asan matçda uğursuz olması mümkündür, ancaq təhlükə anlarında Mahmudov oyunu cəsarətlə öz üzərinə götürəcək və komanda yoldaşlarını arxasınca aparacaq.

 

İndisə komandanın strateji vəzifələrinə qayıdaq. "Neftçi" yavaş-yavaş irəliləyir. Birinə bu, xoş gəlmir, kimsə azarkeşlərin emosiyalarıyla oynamağa çalışır, amma gizlədilməsi mümkün olmayan realllıqlar var. Və onlar çılpaq gözə görünür:

 

 

1. Uzun illərdən sonra "Neftçi" son qızıl medal uğrunda sonadək mübarizə apardı;

 

2.  Uzun illərdən sonra "Neftçi" Azərbaycan çempionatında gümüş medal qazandı;

 

3.Uzun illərdən sonra "Neftçi" avrokuboklarda 2 mərhələ keçdi;

 

4. "Neftçi" bazanın tikintisini praktiki olar ki, başa çatdırdı;

 

5. "Neftçi" aparıcı oyunçularının ayrılmasından qorxmadığını açıq şəkildə bildirdi.

 

İndi diqqət, ən vacib sual: "Neftçilər" Dabo və Geryeyə ehtiyac duyardılarsa, onları buraxardılarmı? Bu, o deməkdir ki, "Neftçi"nin bossları gedənlərin yerinə onlardan bir güclü olanların gələcəyinə əmindirlər. Onlara isə kim lazımdı (bəli, müqavilələrin yenidən imzalandığı həmin Krivotsyuk, Mahmudov və Buludov) növbəti mövsüm üçün qarantiyalı qalacaqlar. 

 

Ümumiləşdirək. 2020/21 mövsümü son illərdə ən maraqlı olacaq. Fikrimizcə, "Neftçi" Qafqazın son onilliyin ən yaxşı komandasına - "Qarabağ"a "əlcək atacaq". Qazanıb-qazana bilməməsi - bu, artıq başqa bir operadı. Bizəsə, elə ümumiyyətlə, bütün futbolsevərlərə kəskin mübarizə lazımdı ki, bu, həm çempionatın, yerli futbolun inkişafına rəng qatacaq. 

 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB