TOP 10

Yetirməsi "Neftçi"də qaldığına görə sevinclidi: "Heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq"

Futbol
Tarix: 2020-06-02 12:24

"Neftçi”nin yetirməsi Ömər Buludov müqaviləsinin artırılması ilə bağlı təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, futbolçu klubun rəsmi saytına müsahibəsində azarkeşsiz oynamağın çox çətin olacağını bildirib.

 

- "Neftçi” ilə daha 1 illik müqaviləyə imza atdın. Yetirməsi olduğun klubda qalmaq sənin üçün nə deməkdir?

- Məncə, artıq bir söz deməyə ehtiyac yoxdur. Hamı bilir ki, "Neftçi” kimi klubun yetirməsi və əsas heyətin üzvü olmaq böyük şərəfdir. Doğma komandamda qaldığım üçün sevinirəm.

 

- Koronavirus pandemiyasına görə yaranmış uzun fasilə futbolçuların formasına təsirsiz ötüşməyə bilməz. Bəs sən formanı nə dərəcədə qoruyub saxlaya bilmisən?

- Mümkün qədər formada qalmağa çalışmışam. Bunun üçün evdə də olsa, məşqlərimi dayandırmırdım.

 

- İyunun 21-də Premyer Liqa matçları bərpa olunacaq. Azarkeşsiz oynamaq nə qədər çətin olacaq?

- Əlbəttə, azarkeşsiz oynamaq çox çətin olacaq. Azarkeş bizim 12-ci oyunçumuzdur. Onları yenidən tribunada görmək çox xoş olardı. Ümid edirəm ki, azarkeşlərin oyunlara gəlib bizə dəstək olmaqlarına tezliklə icazə veriləcək.

 

- Mövsümün son 8 oyunundan nə gözləyirsən?

- Çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. Xal fərqini nəzərə alsaq çətin olacaq, amma heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq. Komandamıza güvənirəm, sonadək mübarizə aparacağıq.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB