TOP 10

"Neftçi" Geryeyə Braziliyada əvəzləyici tapdı: "Ona təklif olunan məbləğ bizdən çox yüksək olduğundan Azərbaycana gedir"

Futbol
Tarix: 2020-06-02 09:28

"Neftçi" Braziliyanın B Seriyası təmsilçisi "Quarani"nin futbolçusuTallison Auqustonu heyətinə qatır.  Sport24.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı sol müdafiəçisi paytaxt klubu ilə 3 illik müqavilə imzalayacaq. Bu futbolçu "ağ-qaralara"la müqaviləsi bitərək rəsmən ayrılan haitili Donald Geryeni əvəzləyəcək.

 

 "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib. O, Tallisona təklif olunan məbləğin hazırkı komandasındakı qazancından çox olduğunu söyləyib: "Ona təklif olunan məbləğ “Quarani”də qazandığından çox yüksəkdir. Bu səbəbdən Azərbaycana gedir”.

 

Qeyd edək ki, Auqusto Vətənində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib. 

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB