TOP 10

A Seriyasının bərpa tarixi və yeni təqvimi açıqlandı - RƏSMİ

Dünya Futbolu
Tarix: 2020-06-02 11:30

Koronavirus pandemiyasına görə martdan etibarən dayandırılan futbol üzrə İtaliya A Seriyasının bərpa tarixi və yeni təqvimi bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 

Xəbərdə A Seriyasının 25-ci turdan təxirə salınmış dörd oyunla bərpa olunacağı diqqətə çatdırılıb. İyunun 20-də “Torino” - “Parma” və “Verona” - “Kalyari” matçları baş tutacaq. Bir gün sonra isə “Atalanta” - “Sassuolo” və “İnter” - “Sampdoriya” qarşılaşmaları keçiriləcək.


Çempionat 22-24 iyun aralığında keçiriləcək 27-ci turun oyunları ilə davam etdiriləcək. 2019/20 mövsümünün avqustun 2-də keçiriləcək 38-ci turun oyunları ilə başa çatdırılması planlaşdırılır. Bir sözlə, A Seriyasının bu mövsümünün qalan 124 matçı 44 günlük müddətdə keçiriləcək.

CBCsport
09 Iyul 2020
08 Iyul 2020
B.eÇ.aÇC.aCŞB